Milli qəhrəmanlarımız

Aslanov Şikar Davud oğlu – 1970-ci ildə Süleymanlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.Əsgəri xidmətdən sonra – 1991-ci ilin fevral ayında Cəbrayıl Daxili İşlər şöbəsinin post-patrul xidməti rotasında fəaliyyətə başlayıb. Cəbrayılın müdafiəsi zamanı bir sıra döyüşlərdə iştirak edib. 1992-ci ilin ayının birində Sur ətrafındakı döyüşlərin birində qəhrəmanlıqla həlak olub. Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il fərmanıyla ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layıq görülmüşdür. 

Hüseynov Vüqar Tofiq oğlu – 1970-ci ildə Daşkəsən kəndində anadan olmuşdur. 1990-cı il 20 yanvar hədisəsindən sonra Bakıda Xüsusi Təyinatlı Milis dəstəsinə qəbul olunur. Onun döyüş yolu Xankəndindən, Xocalıdan, şuşadan keçdi. Son döyüşü 1991-ci il iyulun 21-də Başkənd (Goranboy) ətrafında oldu… və bu döyüşdə o şəhid oldu. 

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli fərmanı ilə ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Məmmədov Kazım Ərşad oğlu – Böyük Mərcanlı kəndində anadan olub. 1991-ci ilin yanvarında əsgəri xidmətini başa vuraraq vətənin dar günündə Cəbrayıl DİŞ-nin post-patrul xidməti ritasında işə qəbul  olunur. Şərəfli döyüş və xidmət yolu keçib. 1991-ci il noyabrın 15-də Zamzur kəndinin müdafiəsi zamanı çoxlu erməni yaraqlısını qətlə yetirir, özü də qəhrəmanlıqla həlak olmuşdur. 8 oktyabr 1992-ci il fərmanı ilə ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdir. 

Quliyev Mətləb Kamran oğlu – Süleymanlı kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun ibtidai-hərbi-hazırlıq fakültəsini bitirib. İlk illər müəllim işləsə da məlum Qarabağ hadisələrindən sonra baş leytenant rütbəsində cəbhəyə yollandı.Ağdərə ətrafında bir sıra döyüşlərdə iştirak edib. 1992-ci il avqustun son günü oldu və bu döyüşdə o şəhid oldu. 

6 noyabr 1992-ci il tarixli fərmanla ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Quliyev Vahid Həbibulla oğlu – 8 avqust 1955-ci ildə Cəbrayıl rayonun Qumlax kəndində anadan olmuşdur.Podpolkovnikdir, 9 dekabr 1994-cü il tarixli fərmanla ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Advertisements
Şərh üçün bağlıdır.
Advertisements