Archive for the ‘ Tanınmış Şəxslər ’ Category

Tanınmış Şəxslər

Dirili dədə Qurbani – Azərbaycan klassik aşıq poeziyasının yaradıcısı və görkəmli nümayəndəsi. Təxminən 1477-ci ildə Diri dağının ətəklərində yerləşən keçmiş Diri kəndində doğulmuş, başı qalmaqallar çəksə də 70-71 il ömür sürmüş, 1548-ci ildə doğulduğu kənddə dünyasını dəyişmiş, sevgilisi Pəri ilə birlikdə Diri dağının hündür bir yerində dəfn edilmişdir. 

Qurbani Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin və onun oğlu I Təhmasibin hakimiyyəti illərində yaşayıb-yaratmış, onların sarayına yaxın olmuş, şeiri-ədəbiyyatı sevən, özü də gözəl şeirlər yazan Xətai ilə şəxsən tanış olmuşdur.

Qurbani öz şeirlərində vətəni, doğma torpağı, təbiəti sevgi və məhəbbət hissilə, xüsusi bir məftunluqla tərənnüm etmişdir. Qurbani aşıq şeirinin əksər formalarındaəsərlər yazmış, özü də novator sənətkar kimi ədəbi formada yenilik gətirmiş, divani şeir formasını yaratmışdır.

Haqqında bir neçə versiyadan ibarət “Qurbani” dastanı yaradılmışdır.

Aşıq Pəri – Azərbaycanda ilk qadın aşıq-şairə. 1813-cü ildə Araz kənarında yürləşən Maralyan kəndində anadan olub. Təmiz məhəbbətin, ülvi insan hisslərinin təsvirinə həsr olunmuş gözəl aşiqannə-lirik şeirlər müəllifidir. Çox acınacaqlı bir həyat tərzi keçirmiş, 1848-ci ildə doğulduğu kənddə vəfat etmişdir. Qəbri Karxulu kəndinin qədim qəbristanlığında yerləşir. Rayon işğaı olunmama qədər onun qəbri bərpa edilmiş, üstündə kiçik bir məqbərə – abidə də ucaldılmışdır.
Əli Həsənov – Baş Nazirin müavini, Qaçqın və Məcburi köçkünlərin İşləri üzrı Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri 

Elman Sirac oğlu Rüstəmov – 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. İqtisad elmləri doktoru, Azərbaycan Respublikası Milli Bankı idarə heyətinin sədridir. 1969-cu ildə M.Mehdizadə (keçmiş M.Qorki) adına orta məktəbi bitirmiş, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu qurtarmışdır. Müxtəlif məsul vəzifələrdə çalışmış, 1992-ci ildə ona böyük etimad göstərilmiş, azərbayan Respublikası Milli Bankı idarə heyətinin sədridir. 

Quliyev Novruz Məhəmməd oğlu – AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, 1952-ci ildə Əmirvarlı kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin, SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirmişdir. 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavinidir.

 

Aslan Əhməd oğlu Aslanov – AzərTAc-ın baş direktorudur. Çərəkən kəndində anadan olmuş, M.Mehdizadə (keçmiş Qorki) adına orta məktəbini başa vurduqdan sonra Azərbaycan Dövlət Univerditetinin jurnalistika fakültəsini bitirmişdir. Bir neçə rayon qəzetində müxbir işləmiş, “Xalq qəzeti”nin şöbə müdiri (1990-92), sonra Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbiri, baş redaktor müavini, baş redaktor, sonralar baş direktorunun birinci müavini işləmişdir. 2002-ci ildən AzərTAc-ın baş direktorudur. “Əməkdar mədəniyyət işçisi”, bir neçə media mükafatı laureatıdır.
Astan Nüşrəvan oğlu Şahverdiyev – texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri. 

1947-ci ildə Böyük Mərcanlı kəndində anadan olmuşdur. Kənddəki

orta məktəbi bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1970-ci ildə başa  vurmuşdur.

1981-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Nyu-York Elmlər Akademiyasının hqiqi üzvüdür.

Azərbaycan Milli Məclisin deputatıdır.

Cəmil Məhəmməd oğlu Əhmədov – Sovet İttifaqı Qəhrəmanı. 1924-cü ildə  Cəbrayılda  anadan  olub.  1941-ci ildə   Vətən müharibəsi 

cəbhələrinə getmiş, Belarusiyanın azad edilməsi uğrunda qanlı döyüşlərdə iştirak etmişdir. Polşanın azad edilməsi uğrundakı döyüşlərin birində – 1944-cü ildə qəhramanlıqla həlak olmuşdur. 1945-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Yusif Məhəmməd oğlu Fərzəliyev – Sosialist Əməyi Qəhrəmanı            – Xubyarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, burada neft mədənlərində adi fəhləlikdən mədən rəisi səviyyəsinə qədər yüksəlmiş, neftçilərin sosializm yarışında qazandığı parlaq göstəricilərə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. 

Həsənov Həsən Məmməd oğlu –tarix elmləri namizədi, tanınmış ictimai-siyasi dövlət xadimi. 1904-cü ildə Soltanlı kəndində anadan olmuşdur. 1912-ci ildə Soltanlıdakı rus-tatar məktəbində oxumuşdur. Sonralar təhsili Moskvada davam etdirmiş, məsul vəzifələrdə işləmişdir. 1939-1954-cü illərədək müəyyən fasilələrlə Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə işləmişdir. 1974-cü ildə vəfat etmişdir. 

Mehdi Məmməd oğlu Mehdizadə – akademik, pedaqoji elmlər doktoru, professor. 1903-cü ildə Daşkəsən kəndində anadan oıub. İbtidai və orta təhsilini bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Sonralar geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1952-1980-ci illərə qədər – 23 il Azərbaycanın maarif naziri vəzifəsində çalışmışdır. 1984-cü ildə vəfat etmişdir. 

Əşrəf İşgəndər oğlu Hüseynov – akademik, fizika-riyaziyyat elmləri doktoru, professor. 1907-ci ildə Əmirvarlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Moskva Dövlət Universitetində dissertasiya müdafiə eləyib. 1965-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun direktoru, sonralar isə EA-nın fizika-riyaziyyat və texniki bölməsinin akademik katibi işləmişdir. 1980-cı ildə vəfat etmişdir.

Tofiq İsmayıl oğlu Hacıyev – AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professordur. 1936-cı ildə Soltanlı kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitütini bitirmişdir. Görkəmli türkoloq alimdir.  Onlarla kitaabları işıq üzü görmüşdür. Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA Folklor İnstitutunun “Qorqudşü­naslıq” kafüdrasının müdiridir.
Həsənov Arif Həsən oğlu – AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professordur. 1939-cu ildə Soltanlı kəndində anadan olub. Görkəmli dövlət xadimi Həsən Həsənovun oğludur. Uzun illər AMEA Seysmoloji Xidmət Məişətinin baş direktoru işləmişdir. 2008-ci ildə vəfat etmişdir.
Teymur Imamqulu oğlu Quliyev – Mirzəcanlı kəndində anadan olmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmişdir. Pedaqoji fəaliyyətə Cəbrayılda başlamış, sonra rayon Hərbi İnqilab Komitəsinin sədri işləmişdir. 1934-37-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının sədri, Ali Sovetin sədri seçilmişdir. 1937-1954-cü illərdə sovnarxozun rəhbəri və Respublika Nazirlər Sovetinin sədri işləmişdir. T.Quliyev müxtəlif illərdə qç dəfə “Lenin ordeni”, “Böyük Vətən müharibəsi” və “Qırmızı Əmək bayrağı” ordenləri ilə təltif edilmişdir. 

 

Vahid Aslan oğlu İsmayılov – 1931-ci ildə Çərəkən kəndində anaan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965-1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir. İki Lenin, iki Oktyabr İnqilabı, bir Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmiş, bir neçə şagird Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü oilmuşdur.
Allahverdi Əmənullah oğlu Verdizadə – Kimya elmləri doktoru, professor. 1914-cü ildə Soltanlı kəndində aanadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmiş, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya şöbəsiniqurtarmışdır. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941-42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1973-cü ildə vəfat etmişdir.
Fazil Eyvaz oğlu Abbasov – tibb elmləri doktoru, Topçubaşov adına ETKECT-nin şöbə müdiri – 1950-ci ildə Horovlu kəndində anadan oımuşdur. 1967-ci ildə orta təhsilini, 1973-cü ildə isə Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Topçubaşov adına Ekspremental Cərrahlıq İnstitutunda başlamış, 1983-cü ildə Moskvada namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ürək problemləri üzrə mütəxəssisdir. 

Eldar Yəhya oğlu Hüseynov – Tibb elmləri doktoru, professor. Respublika Klinik Xəstəxananın şöbə müdiri, 1951-ci ildə Bakıda doğulmuşdur. 1958-ci ildə Bakıda 90 saylı orta məktəbi, 1974-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 

1975-ci ildən təyinatla Respublika Klinik Uşaq Xəstəxanasında işləyir.

Dərgah Humay oğlu QüdrətovTarix elmləri doktoru, prafessor. 1929-cu ildə Daşkəsən kəndində anadan olmuşdu. 1946-cı ildə Cəbrayıldakı M.Qorki (M.Mehdizadə) adına orta məktəbi, 1951-ci ildə APİ-nin Tarix fakültəsini bitirmişdir. 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq desertasiyasını müdafiə etmişdir. Uzun illər ADPU-nun tarix fakültəsinin dekanı olmuşdur. 

2007-ci ildə dünyasını dəyişmişdir.

Rafiq İsmayıl oğlu Quliyev – Hüquq elmləri namizədi, BDU-nun hüquq fakültəsinin dosenti, 1948-ci ildə Cəbrayılda anadan olmuşdur. 1966-cı ildə M.Qorku (indi M.Mehdizadə) adına orta məktəbi bitirmiş, 1975-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini başa vurmuşdur. 1976-cı ildən BDU-nun hüquq fakültəsinin cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. R.Qulioyev həmişə xeyirxah əməllər caarçısı olmuşç, köməksizə kömək durmuş, xeyirxah işlərlə məşğul olmuşdur. Bu missiyanı bu gün də davam etdirir.

Sosialist Əməyi Qəhrəmanları: Məhəmməd Əhmədov, Şahnaz Əhmədova, Bayaz Həsənova, Qaçay Səfərov, Köçəri Babayev